AZ

Bu qan qrupu olan insanlarda insult riski YÜKSƏKDİR

A qan qrupunda olan insanların 60 yaşından əvvəl insult keçirmə riskinin digər qan qruplarına nisbətən daha yüksək olduğu açıqlanıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Merilend Universitetinin tədqiqatçıları araşdırma aparıblar.

 

Tədqiqatçılar insult keçirmiş təxminən 17.000 və insult keçirməyən təxminən 600.000 insanı əhatə edən 48 genetik tədqiqatdan məlumat toplayıblar.

 

Alimlər vurğulayıblar ki, A qan qrupunda olan insanların 60 yaşından əvvəl insult keçirmə riski digər qan qruplarına nisbətən 16 faiz yüksəkdir.

 

Ülkər Abdurahmanlı

Seçilən
38
13
Mənbələr
Şərh ()
Bağla