AZ

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Qazaxıstanda

Bakı, 26 aprel, AZƏRTAC

Qazaxıstan Fövqəladə Hallar Nazirliyi ölkədə daşqınlarla mübarizə tədbirlərinin davam etdiyini bildirib.

AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, nazırliyin məlumatına görə, Atırau, Aktobe, Qərbi və Şimali Qazaxıstan vilayətlərində daşqınlarla mübarizədə, onların nəticələrinin aradan qaldırılması və əhaliyə yardım tədbirlərində ümumilikdə 25 min nəfərdən çox insan, 3 min texnika, 634 su nasosu, 268 üzmə vasitəsi və 14 təyyarə iştirak edir.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, hazırda Qərbi Qazaxıstan vilayətində vəziyyət sabitləşib, su basmış ərazilərdə patrul xidmətinin təşkil olunub. Lakin Atırau vilayətində suyun səviyyəsində artım qeydə alınıb. Daşqınların qarşısının alınması məqsədilə Jayık çayı boyunca sahil xəttinin mühafizəsi gücləndirilib, 240 kilometr uzunluğunda qoruyucu bəndlər qurulub.

Məlumatda qeyd olunur ki, Şimali Qazaxıstan, Atırau və Aktobe vilayətlərində 6 min 082 yaşayış binasından və 2 min 584 həyətyanı sahədən su çəkilib. Respublika üzrə 35 min 122 nəfər öz evinə qayıdıb, 8 min 520 nəfər isə hələlik təxliyə mərkəzlərində qalır.

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla