AZ

Meyiti yanan konteynerdə tapıldı: Dostu qətli etiraf etdi - "O mənim arvadım ilə..."

Meyiti yanan konteynerdə tapıldı: Dostu qətli etiraf etdi - "O mənim arvadım ilə..."

Aprelin 19-da Türkiyədə Şakir Topçu adlı şəxsin həyətindəki konteynerdə yanğın baş verib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, yanğın yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə yanğın söndürülüb. Aparılan araşdırma zamanı konteynerdə Şakir Topçu adlı şəxsin cansız bədən tapıldı. Cəsəd Ədliyyə Tibb Təşkilatına aparılıb.

Araşdırma zamanı həmin şəxsin dostu tərəfindən öldürüldüyü məlum olub. Şakir Topçu ilə köhnə dost olduqlarını açıqlayan şəxs polisə hər şeyi etiraf edib:

"Mən qalereya sahibiyəm, Eyni bölgədə işlədiyimiz üçün dost idik. Həyat yoldaşımdan bir müddət əvvəl ayrıldım. Uzun müddət əvvəl Şakirlə söhbət edərkən ona yenidən evlənmək istədiyimi dedim. O məni bir qızla tanışdırdı. Biz o qızla 3 ay imam nikahı ilə birlikdə yaşadıq. Təxminən 3 ay əvvəl aramızda mübahisə yarandı. Biz ayrıldıq. Daha sonra həmin qadınla Şakirin sən demə uzun müddətdir birlikdə olduğunu öyrəndim. Buna görə bu cinayəti törətdim".

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla