AZ

Şoyqu: NATO ölkələrinə hücum etmək planımız yoxdur

Rusiyanın heç vaxt NATO ölkələrinə hücum planı olmayıb.

Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

“Bizim həmin bloka daxil olan dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var, biz sadəcə olaraq öz tarixi ərazilərimizi, öz xalqımızı qoruyuruq”, - deyə Şoyqu Astanada keçirilən ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin görüşü zamanı deyib. 

O, Rusiya Federasiyasının "dünyada strateji sabitliyi və güc balansını qorumaq üçün hər zaman maksimum səy göstərdiyini" vurğulayıb.

Şoyqu bildirib ki, Şimali Atlantika Alyansı qoşunlarının Rusiya sərhədləri yaxınlığında dayanması əlavə təhdidlər yaradır:

“Alyansın qoşunları Rusiya sərhədlərinə çox yaxınlaşıb və qeyd etmək istəyirəm ki, biz yox, onlar bizə sarı gəliblər. Guya Rusiyanı Ukraynada dayandırmasalar, alyans ölkələrinə hücum edəcəyik”.

Nazir qeyd edib ki, Rusiya Federasiyası “başqa dövlətlərin işlərinə qarışmamaq siyasətinə sadiqdir”:

"Eyni zamanda,Sovet İttifaqının dağılmasından sonra, Şimali Atlantika Alyansının Şərqə genişlənməsi davam edir, baxmayaraq ki, 90-cı illərdə bunun baş verməyəcəyinə söz verilmişdi”.


Telegram kanalımız
Seçilən
39
Mənbələr
Şərh ()
Bağla