AZ

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də fəaliyyətini dayandırıb

Aprelin 26-da Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb. 

"Turan"ın məlumatına görə, bağlanış mərasimində Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev, Türkiyə və Rusiya səfirləri iştirak ediblər.

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanması Rusiya sülhməramlılarının Qarabağdan çıxması fonunda baş verib. 

Rusiya sülhməramlılarının Azərbaycandan çıxması aprelin 17-dən başlayıb.

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi 2021-ci il yanvarın 30-da Ağdam şəhərində Türkiyə ilə Rusiya arasında imzalanan Memoranduma əsasən yaradılıb. 

Memorandumda göstərilib ki, mərkəz Qarabağ bölgəsində atəşkəs rejiminə nəzarət etmək və qanun pozuntularının qarşısının alınması məqsədi ilə yaradılıb. 

Mərkəzdə hər iki tərəfdən 60 hərbçi olmaqla, ümumilikdə 120 nəfərin xidmət etdiyini bildirilirdi.
Seçilən
54
Mənbələr
Şərh ()
Bağla