AZ

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Ankara, 26 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Kukla Teatrının artistləri Türkiyədə keçirilən III Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalında iştirak edirlər.

AZƏRTAC xəbər verir ki, festivalın proqramı çərçivəsində İstanbul, Ankara və Bakıda tamaşalar seriyasının təqdim edilməsi gözlənilir.

Azərbaycan Dövlət Kukla Teatrının kollektivinin quruluşunda aprelin 28-də Ankaradakı Yunus Əmrə Mədəniyyət Mərkəzində türkiyəli tamaşaçılara “Məlikməmməd” tamaşası göstərilib, aprelin 28-də isə İstanbulun kukla incəsənəti pərəstişkarları da ona baxa biləcəklər.

Türkiyə, Azərbaycan, Almaniya və İtaliyadan teatr kollektivlərinin iştirak etdiyi festival çərçivəsində Ankaranın Altındağ rayon bələdiyyəsi də mayın 2-dək davam edəcək kukla və qaragöz teatr sərgisini təşkil edib.

Festivalın sonuncu mərhələsi Bakıda keçiriləcək və aprelin 30-da və mayın 1-də Azərbaycan Dövlət Kukla Teatrının, o cümlədən Qaragöz teatrının səhnəsində tamaşalar nümayiş olunacaq.

Tədbirə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, UNESCO, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), TRT telekanalı və digər qurumlar təşkilati dəstək göstəriblər.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
12
Mənbələr
Şərh ()
Bağla