AZ

Balabəy Ağayevin gümüş yolu - FOTO

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, yarışın ilk günün fotoreportajını təqdim edir.

Çempionatın startında Azərbaycan millisinin 7 cüdoçusu tatamiyə çıxıb. Onlardan üçü medal uğrunda görüşdə qüvvəsini sınayıb. Balabəy Ağayev (60 kq) gümüş medal qazanıb. Turan Bayramov (60 kq) və Aydan Vəliyeva (52 kq) bürünc mükafat uğrunda qarşılaşmada uduzublar.

60 kq çəkidə mükafatlandırma mərasimində gənclər və idman nazirinin müavini Mariana Vasileva və cüdo federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu iştirak ediblər.

İlk yarış günündən sonra Azərbaycan millisi komanda hesabında 8-ci yerdə qərarlaşıb. Yığmamız Sloveniya, İsrail, Macarıstan, Portuqaliya kimi ölkələri qabaqlayır.

Qeyd edək ki, bu gün Azərbaycan millisinin daha üç cüdoçusu mübarizəyə qoşulacaq.

İdman.biz

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla