AZ

Ağdamdakı Rusiya və Türkiyənin birgə monitorinq mərkəzi bağlandı

Ağdamda Rusiya və Türkiyənin birgə monitorinq mərkəzinin bağlanması mərasimi baş tutub.

Mərasim bu gün hökumət rəsmilərinin iştirakı ilə keçirilib. Daha əvvəl xəbər verilmişdi ki, Türkiyə Müdafiə Nazirliyinin mətbuat katibi Zeki Aktürk mətbuatla söhbəti zamanı mərkəzin fəaliyyətini dayandırdığını bildirmişdi. Xatırladaq ki, monitorinq mərkəzi 2021-ci ildə Rusiya ilə Türkiyə arasında bağlanmış müqavilə çərçivəsində yaradılmışdı.

Onun əsas məqsədi Qarabağ iqtisadi rayonunda vəziyyətə nəzarət etmək və qanun pozuntularının qarşısını almaq idi. Ötən ilin sentyabrında Azərbaycan ölkə ərazisinin suverenliyini və bütövlüyünü bərpa etdikdən sonra mərkəzə ehtiyac aradan qalxdı və Rusiya sülhməramlıları bölgəni tərk etdi.

//Samir Qurbanov, Editor.az

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla