AZ

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Pentaqon

Bakı, 26 aprel, AZƏRTAC

ABŞ-ın hakimiyyət orqanları Ukrayna uçun nəzərdə tutulan yeni hərbi yardım paketi çərçivəsində yerli müəssisələrlə 6 milyard dollarlıq silah və avadanlıq istehsalına dair müqavilələr imzalamağa hazırlaşır.

AZƏRTAC “Politico” nəşrinə istinadla xəbər verir ki, müqavilələr “Patriot” hava hücumundan müdafiə sistemləri, NASAMS raket hücumundan müdafiə sistemləri, artilleriya sursatları, o cümlədən HIMARS kompleksləri, pilotsuz uçuş aparatları, həmçinin hava-hava tipli aviasiya raketləri istehsalını nəzərdə tutur.

Lakin həmin silahlar istehsal prosesi üçün tələb olunan vaxt baxımından yaxın bir neçə il ərzində Ukraynaya tədarük edilə bilməyəcək.

Qeyd edək ki, bir müddət öncə ABŞ Prezidenti Cozef Bayden Ukrayna, İsrail və Hind-Sakit okean regionundakı müttəfiqlərinə əlavə maliyyə yardımı üçün Konqres tərəfindən təsdiqlənən qanun layihələri paketini imzalayıb. Ukraynaya yardım aktı çərçivəsində Kiyevə təqribən 61 milyard dolların ayrılması nəzərdə tutulur.

 

 

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla