AZ

Evlilik üçün ideal yaş fərqi neçə olmalıdır? - AÇIQLAMA

Evlilik üçün ideal yaş fərqi neçə olmalıdır? - AÇIQLAMA

Bildiyimiz kimi, bu gün ölkəmizdə erkən yaşda qızların evləndirilməsi halları ilə tez-tez rastlaşırıq. Əlbəttə ki, bu nikahların baş tutması qəbulolunmazdır. Digər tərəfdən, Azərbaycanda 22 yaşlı oğlanın 40 yaşlı qadınla evlənməsi ilə bağlı hallarda mövcuddur. Araşdırmalar onu göstərir ki, tərəflər arasında yaş fərqi ailə qurduqdan sonra problemlər yarada bilər. Bəs evlənən cütlüklər arasında yaş fərqi neçə olmalıdır?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan sosioloq Lalə Mehralı deyib ki, bu məsələ çox insanın dünyaya baxış tərzi ilə bağlıdır. Əgər tərəflərdən biri yetkinlik yaşına çatmamış insandırsa və həddindən artıq yaşca böyük insanla evləndirilsə bunun qarşısını almaq lazımdır:

" Əgər qızın 16 yaşı varsa və 35-40 yaşında bir kişi ilə evləndirilirsə, bu normal qarşılanacaq hal deyil. Lakin 25 yaşında bir qız 40 yaşında kişi ilə evlənməyi düşünürsə, biz buna görə onu qınaya bilmərik. Çünki o, yetkinlik yaşına çatmış bir insandır. Onun azad seçmək hüququ var. Yetkinlik yaşında olan şəxslər orta yaşlı insanları evlilik üçün məqbul hesab edə bilər. Buna görə həmin şəxslər qınanılmamalıdır. Amma bütün hallarda, yaş fərqinin həddindən artıq çox olması uyuşmazlığa və ailə daxili problemlərə gətirib çıxara bilər. Əgər bir-birindən 20 yaş fərqlə tərəflər evlənirsə, gələcəkdə ailələr arasında problem yaranma ehtimalı var. Biri ahıl dövrünə qədər qoyanda, digəri orta yaşda olacaq. Təbii ki, dünyagörüşü tərəflər arasında uyğun olmayacaq. Bu tək yaşla əlaqədar deyil. Ümümiyyətlə yaşından asılı olmayaraq bir gün belə bizim düşüncəmizə və qərarlarımıza təsir edə bilir. Bu baxımdan hesab edirəm ki, gələcəkdə problem yaşamamaq üçün tərəflər ailə quranda aralarında maksimum 7-8 yaş bir-birindən fərqlənməlidir. Əgər tərəflər yetkinlik çağındadırsa, bu qərar onların seçimlərinə buraxılmalı olan məsələdir".

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla