AZ

Qlobal Dayanıqlı Turizm Şurasına üzv olmaq ölkəmizə nə qazandıracaq?

Azərbaycan Turizm Bürosu və Qlobal Dayanıqlılıq Turizm Şurası arasında memorandum imzalanıb. Memoranduma əsasən, dayanıqlı turizmin inkişafına dəstək göstərilməsi, qlobal dayanıqlı turizm standartlarının milli səviyyəyə uyğunlaşdırılması, eləcə də ölkəmizdə Şuranın meyarlarının tətbiqi nəzərdə tutulur. Azərbaycanın bu şuraya üzv olması ölkəmizə nə fayda qatacaq?

Turizm eksperti Ceyhun Aşurov Valyuta.az-a bildirib ki, dünyada iqtisadiyyatın və turizmin dayanıqlı inkişafı gündəmdədir. Bu baxımdan da turizmdə də dayanıqlı inkişafın təmin edilməsi yönündə addımlar atılır:

“Turizmin dayanıqlı olmasını təmin etməkdə əsas məqsəd turizmdən əldə olunan gəliri artırmaqdır. Bu, həm də ətraf mühitə ziyan vurulmasının qarşısının alınması, tullantıların azaldılması və tarixi abidələrin, resursların qorunmasına yönəldilmiş addımdır.

Ümumiyyətlə, bu prinsiplərə əməl etməklə turizmin dayanıqlı inkişafına nail olmaq mümkündür. Bu Şuraya üzv olmaq da gələcəkdə turizm bölgələrinin bu prinsiplərə əməl etdiyini göstərən sertifikatlarla təmin olunmasına gətirib çıxaracaq. Azərbaycanda da bu kimi addımların atılması davam etdirilir və hədəfə nail olmaq üçün bu gedişlər daha da təbliğ olunmalıdır.

Turzimin inkişafı, dayanıqlı olması rekreasiya imkanlarının daha səmərəli istifadə olunması və gələcək nəsillərə sağlam şəkildə ötürülməsinə xidmət edir”.

Əvəz Həsənov

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla