AZ

Ukraynanın silhalandırilmasınin ikinci mərhələsi başlayıb- ÖZƏL

"ABŞ tərəfindən Ukraynaya öldürücü və hücum silahları göndərilir. Demək olar ki, Ukraynanın silhalandırilmasınin ikinci mərhələsi başlayıb. Göndəriləcək silahlar ilk növbədə Rusiya ordusunun arxa cəbhə logistikasinı sıradan çıxarılmasına hesablanıb". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə,  növbəti aylarda Krım körpüsü vurula bilər: "Həmçinin işğal olunmuş ərazilərdə dəmir  və avtomobil yolları sıradan çıxarılacaq. Rusiya ordusunun hərəkətini çətinləşdirilməsi əsas hədəfdir. Həmçinin havadan müdafiə sistemi təkmilləşdiriləcək. Rusiya üçün çətin aylar başlayır. Ukrayna ordusu Krım istiqamətində hədəfləri məhv edib, hücumları artıracaq. 
Qərbin Ukraynaya verdiyi silahları ABŞ və Alman hərbiçilər idarə edir. Ukraynada döyüşmək üçün legioner qruplarda hücum əməliyyatlarını gözləyir. İyunda İsveçrədə başlayacaq Ukrayna üçün sülh formuna kimi Rusiya ordusuna ciddi zərbələr vurulması planlaşdırılır. Bundan sonra, Rusiyanın yeni ərazilər işğal etməsi çətinləşəcək. 
Rusiya və Ukrayna danışıqlarına gəldikdə, yaxın perspektivdə bu mümkün deyil. Ümumiyyətlə, Rusiya Ukrayna müharibəsinin  danışıqlarla həll yolu gözlənilmir. Çünki Qərblə Rusiya arasında hərbi konfontrasiya birinin məğlubiyyəti ilə nəticələnməlidir. Artıq, Qərb bu qədər müharibəyə vəsait xərcəkdikdən sonra,  geri çəkilməsi mümkün deyil. Rusiyanı Ukraynada ağır məğlubiyyət gözləyir. Bunun nüvə müharibəsinə keçməsi isə,  gözlənilmir".

Seçilən
2
1
Mənbələr
Şərh ()
Bağla