AZ

Virtual dünyanın Virti

Bu sabah İnternetdə ənənəvi sabah sörfünü edərkən qarşıma Niklaus Virtin vəfat etdiyi xəbəri çıxdı. Həm də yanvarın 1-də…89 yaşında…

Bundan indi xəbər tutduğuma pis oldum. Guya tez bilsəm nə edəcəkdim…

İnternet erası başlayıb dilimizə “Virtuallıq” kəlməsi girəndə elə bilirdim ki, bu sözü dahi Virtin şərəfinə yaradıblar. Sonralar bunun belə olmadığını öyrənəndə çox üzülmüşdüm. Amma olsa idi çox yaraşardı. Virtin adı hər şeyə layiqdir…

Mənim tələbə ikən öyrəndiyim ilk proqramlaşma dilləri “Paskal” və “Fortran” idi. Bizim “Tətbiqi riyaziyyat” uşaqları Yeni Eraya “otaq böyüklüyündəki” EVM-də (Elektron Hesablama Maşını) qədəm basmışdı.

Proqlamlaşdırma müəllimimiz bizə Niklaus Virtdən danışmamışdı.

“Paskal”da nə proqramlar yazıb, nə “hoqqalar” çıxarır, amma Virti tanımırdıq. Onun haqqında aspirant ikən Ufalı bir dostumun verdiyi məqalədə oxumuşdum…

Niklaus Virt (alm. Niklaus Wirth, 1934 - 2024) böyük isveçrəli kompüter alimi, Sürix universitetinin professoru, nüfuzlu Turing Mükafatı laureatı idi. O, Pascal proqramlaşdırma dilinin yaradıcısıydı.

RIP, əziz Niklaus Virt.

Mən yenə də “Virtual” kəlməsinin sənin şərəfinə yaradaldığına inanacam…bu belə olmasa da inanacam…

İbrahim Nəbioğlu

visiontv.az



Seçilən
48
Mənbələr
Şərh ()
Bağla