AZ

Tibb müəssisələrində ən çox bu arayışlara görə müraciət olunur -Vüqar Qurbanov AÇIQLADI

Hazırda TƏBİB-in tabeli tibb müəssisələrində ən çox müraciət olunan arayışlar - işə, təhsil müəssisələrinə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlardır.

“İki sahil” xəbər verir ki,  bunu  “Elektron tibbi arayış” xidmətinin təqdimatında TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov dedi.

V.Qurbanov bildirdi ki, 2023-cü ərzində 28 893 nəfərə “Ali məktəblərə, kolleclərə, liseylərə daxil olan abituriyentlər və işə qəbul olunanlar üçün”, 4 404 nəfərə isə “Sürücülüyə yararlı olmaq barədə” tibb arayış təqdim olunub. 

"Uzun müddət TƏBİB-in Daxili işlər, Əmək və əhalinin sosial müdafiəsi nazirlikləri ilə əməkdaşlığı çərçivəsində artıq elektron arayışlar müvafiq alt sistemlərə inteqrasiya olunub. Hazırda Elm və Təhsil Nazirliyi ilə ali məktəblərə, kolleclərə, liseylərə qəbul olunan abituriyentlər üçün də sağlamlıq arayışları elektronlaşdırılır” - deyə Vüqar Qurbanov qeyd etdi.

Orxan Vahidoğlu, "İki sahil"

Seçilən
34
50
Mənbələr
Şərh ()
Bağla