AZ

AQC sədri: Qarabağdakı quruculuq işləri ölkəyə tikinti materiallarının axınını artıracaq

Qarabağda infrastrukturun bərpası gedir və çox böyük tikintilər planlaşdırılır. Bu işlər ölkəyə böyük həcmdə tikinti materialı axını tələb edir.

Bu fikirləri "APA-Economics"ə müsahibəsində Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib. O, qeyd edib ki, bu axın və tələbat tikinti materiallarının qiymətinə də təsir göstərəcək:

"Bərpa işləri yüksələn xətlə getdiyinə görə, tikinti materialları da bahalaşacaq. Bu da daşınmaz əmlak bazarındakı qiymət artımı prosesinin tərkib hissəsidir. Tikinti materiallarının ucuzlaşması normal tendensiya deyil. Bütün proseslər bu sahədə bahalaşmanı ehtimal etməyə əsas yaradır. Bunun əksi ola bilməz. Olarsa, bu, bazara kənar müdaxilədən qaynaqlanar və ya müvəqqəti xarakter daşıyar. Torpaqlarımız işğaldan azad edilib və orada infrastrukturun bərpası prosesi başlayıb. Nəticədə, ölkəyə investisiya axını və maraq güclənib. Azərbaycanda yeni reallıqlar və iqtisadi inkişaf üçün zəmin yaranıb. Əhalinin zövq və maraqları da ciddi dəyişib. Vətəndaşlarımız daha komfrot şəraitli və daha geniş imkanlara malik mənzillərdə yaşamaq xəttini tutub. Burada Bakının Baş planının hazırlanması və hökumətin qarşıya qoyduğu məqsədlərin rolu var. Baş verənlər ölkə iqtisadiyyatındakı dəyişikliklərin vətəndaşların həyatına təsiri kimi görünməlidir", - deyə V. Oruc əlavə edib.

Seçilən
163
7
Mənbələr
Şərh ()
Bağla