AZ

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Mahir

Bakı, 26 aprel, AZƏRTAC

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Avropa çempionatında mübarizə aparan yığma üzvlərinə dəstək olub.

AZƏRTAC xəbər verir ki, 27 yaşlı hücumçu qitə birinciliyində çıxış edən cüdoçuların yarışlarını izləyib. O, həmçinin komandanın lideri Hidayət Heydərovla görüşüb.

“Dinamo”nun forvardı Zaqreb klubunda geyindiyi formanı üçqat Avropa çempionuna hədiyyə edib.

Qeyd edək ki, aprelin 27-dək davam edəcək Avropa çempionatında Azərbaycanı ümumilikdə 13 cüdoçu təmsil edir.

 

 

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla