AZ

Tuxelin yolu haradı?

Bilindiyi kimi, Tomas Tuxel mövsümün sonunda “Bavariya”nı tərk edəcək.

O, yeni mövsümdən “Mançester Yunayted”i çalışdıra bilər. Böyük Britaniya mətbuatının yaydığı xəbərə görə, almaniyalı mütəxəssis İngiltərə klubunun rəhbərliyi ilə danışıq aparır. MY-nin yeni mövsümdən Erik Ten Haqı başqa məşqçi ilə əvəzləyəcəyi haqda xəbərlər səngimir.

Qeyd edək ki, Tuxel 2022/23 mövsümündə “Bavariya” ilə bundesliqanın qalibi olub. Onun klubla müddəti 2025-ci ilin yayına qədər nəəzrdə tutulan müqaviləsi olsa da, bir müddət əvvəl mövsümün sonunda komandadan ayrılacağı bəyan edilib.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla