AZ

Azərbaycan və Ermənistan XİN rəhbərləri Qazaxıstanda görüşə bilərlər


“Ermənistan hakimiyyəti Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Qazaxıstanda görüşünün keçirilməsi imkanını nəzərdən keçirir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan “Armenpress” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, hələlik bu məsələ ilə bağlı dəqiq tarix razılaşdırılmayıb.
“Daha əvvəl qeyd etdiyimiz kimi, Ermənistan həqiqətən də Cənubi Qafqazda davamlı sülhün əldə edilməsinə yönəlmiş vasitəçilik səylərini və ya danışıqlar platformalarını nəzərdən keçirir və dəstəkləyir, fundamental prinsipləri və qarşılıqlı razılaşdırılmış sənədləri, o cümlədən bir-birinin ərazi bütövlüyünün tanınması və 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin delimitasiyası prosesini dəstəkləyir. Qazaxıstan tərəfinin təklifi ilə biz Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında mümkün görüşün tarixini razılıq əldə olunan kimi elan edəcəyik”, - deyə mətbuat katibi qeyd edib.
Seçilən
31
31
Mənbələr
Şərh ()
Bağla