AZ

"Bilim hər yerdə” layihəsi Laçında

 
​25-26 aprel tarixində Laçın rayonunun və Zabux kəndinin orta məktəblərində  "Bilim hər yerdə” layihəsi gerçəkləşib.
 
​Layihə "ASAN xidmət”in "İnnovasiyalar Mərkəzi”, "Bilim Bakı” mərkəzi tərəfindən reallaşdırılır.
                 
​Məqsəd ucqar ərazilərdə yaşayan 6-14 yaş arası şagirdləri müasir elmlə tanış etmək, onların proqramlaşdırma və texnoloji bacarıqları öyrənmələrinə şərait yaratmaq, innovasiya və texnologiya sahəsində məlumatlılığı artırmaqdır.
 
​Mərkəzin müəllimləri tərəfindən hər iki orta məktəbin 100-ə yaxın şagirdinə dizayn, təbiət elmləri və texnologiya sahəsində müxtəlif təlimlər, ustad dərsləri keçirilib.
 
​Həmçinin maarifləndirici, intellektual oyunlar təşkil olunub və "Bilim şou” nümayiş etdirilib.
   
​Sonda şagirdlərə sertifikatlar və hədiyyələr təqdim olunub.
 
​Layihənin sponsoru "Final çay”dır.
   
​Xatırladaq ki, "Bilim Bakı” mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Türkiyə Texnologiya Komandası Fondunun əməkdaşlığı ilə yaradılıb.
 



 
 

Seçilən
9
1
Mənbələr
Şərh ()
Bağla