AZ

"Barselona"nın yeni hədəfi odur: 100 milyon qiyməti var

"Barselona" "Nyukasl"ın 24 yaşlı hücumçusu Alexander İsak ilə maraqlanır.

Publika.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.

Mənbənin sözlərinə görə, kataloniya təmsilçisi, isveçli futbolçunu müqaviləsi 2026-cı ilin yayında başa çatacaq Robert Levandovskinin əvəzləyicisi kimi görür.

“Nyukasl”ın yayda İsakı 100 milyon avrodan aşağı qiymətə satmaq niyyətində olmadığı vurğulanır. Lakin hücumçunun müqaviləsində bənd var ki, “sağsağanlar” Çempionlar Liqasına vəsiqə qazana bilməsə, onun transfer dəyəri 20% azalacaq.

Premyer Liqada 33 matçdan sonra 50 xal toplayan "Nyukasl" Çempionlar Liqasına vəsiqə verən 4-cü pillədən 16 xal geri olmaqla 7-ci sırada qərarlaşıb.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla