AZ

COP29-un əhəmiyyəti

COP tədbirlərinin məqsədi, Paris Sazişinin tələbi olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmaqdır. Bundan başqa, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin təsirini azaltmaq və uyğunlaşmaqda kömək etmək məqsədi ilə maliyyə yardımı üçün fond toplamalarını həyata keçirməkdir. İqlim dəyişikliyi Yer kürəsində ümumi temperaturun və hava şəraitinin uzunmüddətli dəyişməsidir. Bu dəyişikliklər insanlar arasında sosial münasibətdən, dövlətlər arasındakı iqtisadi münasibətlərə qədər hər şeyə təsir etmək iqtidarındadır. Yeri gəldikdə insan səhətinə təsir edən iqlim dəyişikliyi son illərdə ən çox müzakirə olunan mövzulardandır. Qlobal istiləşməsinə əsas təsir edən amillərdən biri insanların əmək fəaliyyətidir( zavodlar, fabriklər). Onların nəticələri arasında daha sürətli istilik dalğaları və dəniz səviyyəsinin artımı da var. İqlim Yer kürəsi tarixi boyunca dəyişib. Lakin təbii proseslər ötən yüzilliyin xüsusilə sürətli istilənməsinə səbəb olub. Bu yaxınlarda baş vermiş iqlim dəyişmələrinə antropogen amil səbəb olub, bu da əsasən qazıntı yanacağının – kömür, neft və qazın evlərdə, zavodlarda və nəqliyyatda geniş istifadə edilməsinə görə baş verir. Qazıntı yanacağı yanan zaman istixana qazlarını – əsasən karbon qazını (CO2) atmosferə buraxır. Bu, Yer səthinə yaxın atmosferdə artıq enerjini saxlayaraq, planetin istiləşməsinə səbəb olur. İqlim dəyişikliyi, ərazilər arasında ədalətsizlik yaradaraq, fərqləri daha da kəskinləşdirərək, insanların həyatlarına ciddi şəkildə təsir edir. Buna görə də, ədalət və bərabərlik prinsipləri, iqlim dəyişikliyi ilə mübarizədə əsaslı rol oynayır. İqlim dəyişikliyi, insanların həm təbii fəlakətlərlə, həm də iqtisadi səbəblərlə bağlı problemlərlə üzləşməsinin əsas səbəbkarıdır. Buna görə də, iqlim dəyişikliyinin ən yaxşı şəkildə idarə edilməsi və dəyişikliyin təsirlərinin ən unikal qaydada tənzimlənməsi üçün ədalət və bərabərlik prinsipləri əsaslı əhəmiyyət kəsb edir. İqlim Ədaləti açıq etirafdır ki, iqlim böhranının geniş təsirləri var və təsirlər “zəngin və kasıb, qadın və kişi, yaşlı və gənc nəsil arasında bərabər və ədalətli şəkildə daşınmamalıdır..” Bu bərabərsizliklər icmaların iqlim böhranı ətrafında bilik istehsal etmək, yaymaq və istifadə etmək qabiliyyətlərinə də təsir edir. Açıqlıq daha ədalətli bilik mübadiləsi üçün yollar yarada bilər və iqlim dəyişikliyinin təsirlərini və onlara cavablarımızı formalaşdıran bərabərsizlikləri həll etmək üçün bir vasitə ola bilər. Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu “Tərəflərin Konfransı (COP)” noyabrın 11-dən 24-dək Bakıda keçiriləcək. COP “Conference of the Parties”, yəni Tərəflərin Konfransı adlanır və adındakı 29 rəqəmi tədbirin sayca 29-cu olduğuna işarə edir.

Bundan əvvəlki tədbir – COP28 keçən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutub. COP29 Konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək üçün konkret addımlar atmaq üçün bir fürsətdir.

Cavad İsmayılzadə Niyaməddin oğlu
Azərbaycan Dövlət Pedaqoji Universiteti

 

Seçilən
70
3
Mənbələr
Şərh ()
Bağla