AZ

Mayın 1-dən tibbi arayışların verilməsi elektron sistemə KEÇİR – RƏSMİ 

"Səhiyyənin rəqəmsallaşdırılması ölkəmizdə prioritet istiqamətdir. Ötən il tabeli tibb müəssisələrimizdə 28 mindən çox şəxsə ali məktəblərə, kolleclərə, liseylərə daxil olmaq üçün tibbi arayışlar təqdim olunub".

Bizim.Media xəbər verir ki, bunu “Elektron tibbi arayış” xidmətinin təqdimat mərasimində TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.

O bildirib ki, ötən il 4 min 404 nəfərə sürücülüyə yararlı olmaq barədə tibbi arayış verilib. Sədr qeyd edib ki, arayışlar sığorta çərçivəsində qarşılanmır.

“Arayışlar ödənişli əsaslarla təqdim edilir. Mayın 1-dən etibarən arayışları elektron şəkildə əldə etmək mümkün olacaq. 18 yaşınadək uşaqların, hərbi xidmətə çağırışla bağlı olan arayışlar vətəndaşlara pulsuz təqdim edilir”,- deyə V. Qurbanov bildirib.

Məhərrəm Əliyev, Nicat Niftəliyev, Bizim.Media

Seçilən
6
1
Mənbələr
Şərh ()
Bağla