AZ

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi - Kərəm Vəliyev

Bakı. Trend:

2020-ci ilin sentyabrın 27-də Azərbaycan Ordusu ErmənistanSilahlı Qüvvələrinin növbəti təxribatının qarşısını alaraq əkshəmlə əməliyyatı keçirdi. Azərbaycan Respublikası SilahlıQüvvələrinin Ali Baş Komandanı Cənab Prezident İlham Əliyevinrəhbərliyi altında aparılmış 44 günlük Vətən müharibəsi Ordumuzuntam qələbəsi və ərazi bütövlüyünün təmin edilməsiylə başaçatdı.

Trend xəbər verir ki, bunu Azərbaycan Ordusunun Baş Qərargahrəisi, general-leytenant Kərəm Vəliyev bu münasibətlə AzərbaycanMüdafiə Nazirliyinin təşkilatçılığı ilə Türkiyə-Rusiya BirgəMonitorinq Mərkəzinin bağlanış mərasimində deyib.

O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan vəRusiya Federasiyasının Prezidenti Vladimir Putin 10 noyabrdaimzaladığı birgə bəyanatla atəşkəs rejimi elan edildi.

"Türkiyə və Rusiya Respublikaları arasında imzalanan memorandumaəsasən yaradılmış birgə monitorinq mərkəzi 3 ildən artıq müddətərzində sülhün təmin olunmasına öz töhfəsini verdi. Birgə fəaliyyətnəticəsində mərkəz öz vəzifə və tapşırıqlarının öhdəsindənlayiqincə gəldi.

Azərbaycan Respublikası Qarabağ İqtisadi rayonu üzərində tamnəzarətin bərqərar olunması məqsədiylə 2023-cü ilin sentyabr ayındakeçirilmiş anti-terror tədbirləri nəticəsində Ermənistan SilahlıQüvvələrinin qalıqları və qeyri-qanuni erməni birləşmələriölkəmizin ərazisindən tamamilə çıxarıldı. Bu səbəbdən BirgəMonitorinq Mərkəzinin tapşırıqları başa çatmış hesab edilir", -deyə o qeyd edib.

Qeyd edək ki, Türkiyə Respublikası ilə Rusiya Federasiyasıarasında imzalanan Memoranduma əsasən, Qarabağ bölgəsində atəşkəsrejiminə nəzarət etmək və qanun pozuntularının qarşısının alınmasıməqsədi ilə 2021-ci il yanvarın 30-da Azərbaycanın Ağdam şəhərindəTürkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yaradılıb.

2023-cü ilin 19-20 sentyabr antoterror əməliyyatı nəticəsindəAzərbaycan suverenliyini bütün ölkə ərazisində bərpa edib. Bununlaəlaqədar Rusiya Sülhməramlı Kontingenti bir neçə gün əvvəl Qarabağbölgəsini tərk etməyə başladığından Birgə Mərkəzin fəaliyyətinə dəehtiyac qalmayıb.

Onu da əlavə edək ki, Ağdamda yerləşən Türkiyə-Rusiya BirgəMonitorinq Mərkəzinin fəaliyyəti dayandırılacağı barədə TürkiyəMilli Müdafiə Nazirliyi aprelin 18-də məlumat yaymışdı.

Məqalədə:
Seçilən
11
6
Mənbələr
Şərh ()
Bağla