AZ

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

Bakı, 26 aprel, AZƏRTAC

Dövlət Sərhəd Xidmətinin (DSX) struktur qurumlarında və hərbi hissələrində xidmət müddəti başa çatmış əsgərlərin ehtiyata buraxılması ilə əlaqədar “Əziz sərhədçi! Vətənə xidmətinə görə təşəkkür edirik!” adı altında təntənəli yola salma mərasimləri yekunlaşıb.

Xidmətin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, hərbi hissənin döyüş bayrağının sıra meydanına gətirilməsi ilə başlayan tədbirlərdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Keçirilən tədbirlərdə sərhədçilərin Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə dövlət sərhədinin mühafizə və müdafiəsində əzmlə xidmət aparmaqdan qürur duyması vurğulanıb.

Çıxış edənlər hərbi qulluqçulara Vətənə şərəfli xidmətlərinə görə təşəkkür edib, gələcəkdə onların cəmiyyətimizə layiqli vətəndaş olmalarını arzulayıblar.

Ehtiyata buraxılan hərbi qulluqçular üçrəngli bayrağımızı öpüb, xidmət dövründə qazandıqları müsbət vərdiş və keyfiyyətlərə görə minnətdarlıq ifadə ediblər.

Silahlı Qüvvələrinin ehtiyatına buraxılma tədbirləri xidmətdə fərqlənmiş və nailiyyətlər qazanmış hərbi qulluqçuların təltifləndirilməsi və təntənəli şəkildə yola salınması ilə başa çatıb.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla