AZ

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı (FOTO)

Bakı. Trend:

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu günfəaliyyətini dayandırıb.

Trend xəbər verir ki, bu münasibətlə Azərbaycan MüdafiəNazirliyinin təşkilatçılığı ilə Türkiyə-Rusiya Birgə MonitorinqMərkəzində təntənəli mərasim keçirilir.

Bununla əlaqədar bir qrup media nümayəndəsi üçün media-turtəşkil olunub.

Qeyd edək ki, Türkiyə Respublikası ilə Rusiya Federasiyasıarasında imzalanan Memoranduma əsasən, Qarabağ bölgəsində atəşkəsrejiminə nəzarət etmək və qanun pozuntularının qarşısının alınmasıməqsədi ilə 2021-ci il yanvarın 30-da Azərbaycanın Ağdam şəhərindəTürkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yaradılıb.

2023-cü ilin 19-20 sentyabr antoterror əməliyyatı nəticəsindəAzərbaycan suverenliyini bütün ölkə ərazisində bərpa edib. Bununlaəlaqədar Rusiya Sülhməramlı Kontingenti bir neçə gün əvvəl Qarabağbölgəsini tərk etməyə başladığından Birgə Mərkəzin fəaliyyətinə dəehtiyac qalmayıb.

Onu da əlavə edək ki, Ağdamda yerləşən Türkiyə-Rusiya BirgəMonitorinq Mərkəzinin fəaliyyəti dayandırılacağı barədə TürkiyəMilli Müdafiə Nazirliyi aprelin 18-də məlumat yaymışdı.

Ağdamdakı
Ağdamdakı
Ağdamdakı
Ağdamdakı
Seçilən
18
32
Mənbələr
Şərh ()
Bağla