AZ

Qvardiola "Liverpul"u çempionluq mübarizəsindən silib?

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Liverpul"un Premyer Liqa çempionluğu uğrunda mübarizəsindən danışıb.

Publika.az xəbər verir ki, onun fikrincə, son 3 matçda alınan iki məğlubiyyətə baxmayaraq, "qırmızılar" titul yarışından kənarda deyil:

“Bu, səhv fikirdir. "Liverpul"un başına gələnlər, bu 2 məğlubiyyət, "Arsenal"ın da, bizim də başımıza gələ bilər. Önəmli olan indi harada olduğumuzdur. Hələ uduzmağa çoxlu matç var”.

Qeyd edək ki, “Mançester Siti” 76 xalla Premyer Liqanın turnir cədvəlində ikincidir. Bir oyun az keçirən "şəhərlilər" lider "Arsenal"dan 1 xal geri qalırlar. Üçüncü sırada isə "Liverpul" (74) qərarlaşıb.

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla