AZ

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Bakı, 26 aprel, AZƏRTAC

Avstriyanın Vyana şəhərində ATƏT-in Transmilli Təhdidlər Departamenti tərəfindən təşkil edilən “Kiberinsidentlərin təsnifatı” mövzusunda konfrans keçirilib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) AZƏRTAC-a bildirilib ki, konfransda XRİTDX nümayəndəsi F.Cəfərov iştirak edib, “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”nın tələblərinə əsasən Dövlət Xidməti tərəfindən kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlərdən ətraflı məlumat verib.

Konfransda üzv ölkələrin kiberinsidentlər zamanı eskalasiya trayektoriyalarının qarşısı necə ala biləcəklərinə diqqət yetirilib və kritik informasiya infrastrukturlarının qorunması zamanı sərhədyanı əməkdaşlığın vacibliyi qeyd olunub.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla