AZ

Embiidin 50 xalı Filadelfiya komandasını seriyada önə çıxartdı

MBA-da ilk raundun 3 oyunu baş tutub. “Los-Anceles Leykers” son çempionla qarşılaşmada fərqi azalda bilməyib. “Denver Naggets” Kaliforniyada da qalib gələrək seriyada hesabı 3:0-a çatdırıb.

Qonaqlar görüşün taleyini 3-cü periodda həll ediblər. Həmin müddətdə 12 xallıq üstünlük qələbəyə (112:105) yetərli olub. Lebron Ceyms oyunu 26 xalla tamamlayıb.

“Filadelfiya Siksers” ilk ev oyununda 125:114 hesabı ilə qalib gəlməklə seriyada önə keçib. Coel Embiid görüşü 50 xalla tamamlayıb. “Nyu-York Niks”in heyətində Branson 39 xal yığıb.

Digər görüşdə “Orlando Mecik” “Klivlend Kavalers”dən üstün olub – 121:83. Bu seriyada Florida təmsilçisi 2:1 öndədir.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla