AZ

Baydenin siyasətinə etiraz etdi – İstefa verdi


ABŞ Dövlət Departamentinin Yaxın Şərq və Şimali Afrika üzrə mətbuat katibi Hala Rharrit Bayden administrasiyasının Qəzza zolağı ilə bağlı siyasətinə qarşı etiraz olaraq cümə axşamı istefa verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Al Arabiya News” nəşri məlumat yayıb.  
“ABŞ-nin Qəzza siyasətinə qarşı 18 illik xidmətdən sonra istefa verdim. Silahın deyil, diplomatiyanın, sülhün və birliyin gücü olun”, - deyə Hala Rharrit “LinkedIn” səhifəsində yazıb.
Rharrit 2005-ci ildən Dövlət Departamentində müxtəlif vəzifələrdə işləyib və 2022-ci ilin avqustundan departamentin Yaxın Şərq və Şimali Afrika üzrə mətbuat katibi olub.
Qeyd edək ki, Hala Rharrit ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Hüquqları və Əmək Bürosunun əməkdaşı Annel Şelin, həmçinin Siyasi-hərbi məsələlər Bürosunun direktoru Coş Poldan sonra oktyabrın 7-dən bəri açıq şəkildə istefa verən üçüncü Dövlət Departamentinin rəsmisidir.
Xatırladaq ki, ABŞ Prezidenti aprelin 24-də İsrailə 26 milyard dollar məbləğində hərbi yardımın edilməsinə dair sənədi imzalayıb.
Seçilən
38
Mənbələr
Şərh ()
Bağla