AZ

Baş nazir istefa barədə qərarını bazar ertəsi elan edəcək

İspaniyanın Baş naziri Pedro Sançez həyat yoldaşı Beqona Qomezə qarşı korrupsiya ittihamları səbəbilə vəzifədə qalıb-qalmamağa qərar vermək üçün bir müddət bütün ictimai siyasi gündəmini ləğv etdiyini açıqlayıb.

Herbiand.az xarici mənbələrə istinadən xəbər verir ki,  həyat yoldaşına və özünə qarşı ciddi siyasi hücumlar olduğunu iddia edən Sançez istefa ilə bağlı son qərarını bazar ertəsi açıqlayacağını bildirib.

İspan mətbuatı araşdırma çərçivəsində Qomezin tender alan şirkətlərlə əlaqələrinin araşdırılacağını bildirib. Bu çərçivədə, Globalia turizm qrupu ilə 2020-ci ildə idarə etdiyi IE Africa Center adlı fond arasında bağlanmış "sponsorluq müqaviləsi" müzakirə edilir. Globalia pandemiya böhranı zamanı Air Europa aviaşirkətini xilas etmək üçün hökumətdən 475 milyon avro alıb.

Herbiand.az

Seçilən
40
3
Mənbələr
Şərh ()
Bağla