AZ

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

“Euronews” telekanalı “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC haqqında geniş reportaj hazırlayıb.

Reportajda Xəzər dənizinin sahilində, strateji mövqedə yerləşən Bakı limanının qlobal ticarətin tələbatını ödəmək üçün genişləndiyi, eyni zamanda, davamlı inkişafa və yerli layihələrə investisiya qoyuluşuna üstünlük verildiyi vurğulanıb.

Qeyd olunub ki, Bakı limanı Xəzər dənizinin ən qədim və strateji əhəmiyyətli limanı olmaqla yanaşı, şərqlə qərbi birləşdirən ticarət yolunun üzərində yerləşən əsas nəqliyyat və logistika mərkəzidir.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov “Euronews” telekanalına müsahibəsində bildirib ki, liman Mərkəzi Avrasiyanın mərkəzində yerləşdiyi üçün bütün istiqamətlər üzrə əsas halqadır: “Bakı limanı XXI əsrin beşulduzlu mərkəzinə çevrilir. Bakı limanı təkcə qitələri birləşdirir, həm də bir hissəsi olduğu regionun iqtisadi inkişafına birbaşa töhfə verəcək”.

Reportajda Bakı limanının qlobal ticarətin artan tələblərinə cavab verərək imkanlarını artırdığı qeyd olunub. Həmçinin ötən il yüklərin ümumi daşınma həcminin 2020-ci ildən bu yana 51 faiz artaraq 7,3 milyon tondan çox olduğu vurğulanıb.

AZƏRTAC

Seçilən
35
1
Mənbələr
Şərh ()
Bağla