AZ

Hidayət Heydərov Avropa çempionatında mübarizəyə başlayır

style='margin-bottom:10px;'>

Xorvatiyanın paytaxtı Zaqrebdə Cüdo üzrə Avropa çempionatı davam edir.

QOL.az xəbər verir ki, bu gün Azərbaycan millisinin üç cüdoçusu tatamiyə çıxacaq.

Üçqat Avropa çempionu Hidayət Heydərov ilk mərhələdən azaddır. 73 kq çəkidə mübarizə aparan idmançı 2-ci mərhələdə Kestutis Vitkaskas (Litva)/İndrit Kalhac (Albaniya) görüşünün qalibi ilə qarşılaşacaq.

Eyni çəkidə yarışacaq Rəşid Məmmədəliyev də mübarizəyə 2-ci mərhələdən başlayacaq. O, Darko Topaloviç (Bosniya və Herseqovina)/Coşua Qrin (İrlandiya) görüşünün qalibi ilə üz-üzə gələcək.

Zelim Tçkayev (81) isə 2-cii mərhələdə Nace Herkoviç (Sloveniya)/Maksim Triqub (İrlandiya) görüşünün güclüsü ilə güləşəcək.

Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) gümüş qazanıb.

Seçilən
33
1
Mənbələr
Şərh ()
Bağla