AZ

İşləyən analara 325 avro yardım veriləcək

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən işləyən analar üçün dayə dəstəyi layihəsinin Türkiyədə ikinci mərhələsi başlayır.

Bu barədə “İki sahil” CNN-ə istinadla xəbər verir.

 İlk mərhələdə Ankara, İstanbul və İzmirdə 0-3 yaş arası uşaqları olan işləyən analara 12 ay müddətində 325 avroluq baxıcı dəstəyi veriləcək.

“Təlimli Uşaq Tərbiyəçilərinin Təşviqi vasitəsilə Qeydiyyatda Olan Qadınların Məşğulluğunun Dəstəklənməsi“  layihəsinin ikinci mərhələsinə hazırlıq işləri yekunlaşır. Yaxın həftələrdə ödəniş müraciətlərinin qəbulu planlaşdırılır.

Sözügedən dəstək anaların işləyə bilmələri üçün verilir.

Ankara, İstanbul və İzmirdə 12 ay müddətində həyata keçiriləcək layihə ilə işləyən analara ayda 325 avro maaş veriləcək ki, bundan da 3 500 ana və 3 500 dayə faydalanacaq.

Yardımdan faydalanacaq ananın övladı ilə eyni evdə yaşaması, xidmət müqaviləsi olması şərtlərdəndir.

İşləyən ana dəstəyindən faydalanmaq üçün baxıcı 0-36 aylıq uşaq baxımını əhatə edən təhsil aldığını Milli Təhsil Nazirliyi, İŞKUR, Peşə İxtisas Qurumları və ya universitetlər tərəfindən təsdiq edilmiş sertifikatla və ya diplomla təsdiq etməlidir.

İxtisassız dayələrə heç bir yardım ödənişi olmayacaq.

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla