AZ

Alimlər bu təhlükəli paraziti məhv edə bilən virus aşkarlayıblar

Vyana Universitetinin alimləri təhlükəli birhüceyrəli parazit "Naegleria fowleri" ilə mübarizədə faydalı olan nəhəng viruslar aşkar ediblər. 

 

Sfera.az xəbər verir ki, bu barədə "Nature Communications" jurnalında dərc olunan məqalədə bildirilib.

 

Naegleria növləri bir hüceyrəli amöblərdir və onlara dünyanın su hövzələrində rast gəlinir.  "Naegleria fowleri" 30 dərəcədən yuxarı isti su hövzələrinə üstünlük verir və demək olar ki, həmişə ölümcül olan ilkin amebik meningoensefaliteyə səbəb olur.

 

Elmi olaraq "Nucleocytoviricota" adlandırılan nəhəng viruslar təxminən iyirmi il əvvəl müəyyən edilib. Onlar əsasən təkhüceyrəli orqanizmləri yoluxdururlar, ölçülərinə görə bakteriyalarla müqayisə edilə bilər və əvvəllər hüceyrə orqanizmlərinin xassələri hesab edilən unikal struktur və genetik xüsusiyyətlərlə xarakterizə olunurlar.

 

Naegleriaviruslar amöblər tərəfindən əmilir və bir neçə saat ərzində ev sahiblərini məhv edirlər. Digər nəhəng viruslar kimi, DNT-nin hüceyrəyə daxil olmasını asanlaşdıran “ulduz qapısı” adlı bir quruluşa malikdirlər. Daha sonra amöbün içərisində virusun genetik materialını təkrarlayan və yüzlərlə yeni viral hissəciklər toplayan bir virus fabriki yaranır.


Müəlliflərin fikrincə, virusların özləri amöb meningoensefalitin müalicəsi üçün uyğun olmasa da, su anbarlarının və ya hovuzların profilaktik təmizlənməsi üçün effektivdir.

 

İnci

Seçilən
18
1
Mənbələr
Şərh ()
Bağla