AZ

Türkiyədə 1 terrorçu həbs edilib

Türkiyənin Tekirdağ şəhərində PKK/KCK-PYD/YPG terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı 1 nəfər həbs edilib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Jandarma Komandanlığı tərəfindən Tekirdağın Çerkezköy rayonunda terror təşkilatlarının fəaliyyətlərini deşifrə etmək üçün bəzi ünvanlarda əməliyyat keçirilib.

Əməliyyat zamanı Suriyada terror təşkilatı tərkibində "komandir" kimi fəaliyyət göstərən "Leyd" kod adlı şəxs saxlanılıb.

Saxlanılan şəxs məhkəmə qərarı ilə həbs edilib.

Şəbnəm Mehdizadə


Seçilən
29
Mənbələr
Şərh ()
Bağla