AZ

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

Bakı Ali Neft Məktəbində 2024/2025-ci tədris ili üçün magistratura səviyyəsi üzrə Biznesin idarəedilməsi ixtisaslarına (MBA) qəbul yerləri artırılıb. 

“İki sahil” xəbər verir ki, bu tədris ilində hər ixtisas üzrə 50 nəfər qəbul planlaşdırılıb.

Qeyd edək ki, Bakı Ali Neft Məktəbində Biznesin təşkili və idarə edilməsi (ümumi təyinatlı), Biznesin təşkili və idarə edilməsi (maliyyə), Biznesin təşkili və idarə edilməsi (menecment), Biznesin təşkili və idarə edilməsi (layihələrin idarə olunması) ixtisaslarında tədris həyata keçirilir.

Qeyd olunan ixtisaslar üzrə təhsil haqqı 5 000 manat məbləğindədir.

Seçilən
61
5
Mənbələr
Şərh ()
Bağla