AZ

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

FHN:

Bakı, 26 aprel, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 42 halda yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, nazirliyin qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 7 nəfər xilas edilib, 1 nəfərin cəsədi bağlı qapı arxasında aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

FHN-nin əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması sahəsində fəaliyyətini davam etdirir.

Seçilən
68
49
Mənbələr
Şərh ()
Bağla