AZ

Sumqayıt məktəblilərindən YENİ KƏŞF – Xilasetmə robotu hazırladılar – FOTO 

Azərbaycanda 13 ildir keçirilən “Sabahın alimləri” Respublika müsabiqəsi bitib. Aprel ayının 17-də açılış mərasimi olan müsabiqədə xeyli sayda məktəbli iştirak edib, öz yaradıcılıqlarını, kəşflərini nümayiş etdiriblər.

Sərgidə iştirak hüququ qazanan 113 layihədən 40-dan çoxu bölgə məktəblərinin payına düşüb. Ucqar kənd məktəblərində təhsil alanların da qoşulduğu müsabiqədə ayrı-ayrı lisey, gimnaziya, həmçinin şəhər məktəbləri iştirak ediblər.

Bizim.Media müsabiqə iştirakçıları – Sumqayıt şəhər Mətləb Quliyev adına 3 saylı tam orta məktəbin 10A sinif şagirdləri Nigar Məmmədli və Sənəm Çəndirli ilə həmsöhbət olub.

Nigar Məmmədli bildirib ki, təbii fəlakət qurbanlarına daha tez çatmaq üçün yaratdıqları robotla sabahın alimləri olmağa iddialıdırlar:

“Layihəmizin adı “AmphEagle” dır. Bu, təbii fəlakətlərdə üç əsas rejimdə, havada, quruda və su səthi üzərində hərəkət edə bilən insansız robotdu. Biz bu robortu öz ideyalarımızla hazırlamışıq. İstəyirik ki, gələcəkdə bir çox uğurlar əldə edib, Azərbaycanı təmsil edək. Məqsədimiz təbii fəlakətlər baş verdikdə axtarış-xilasetmə əməliyyatları zamanı qurbana çatmaq və məlumat toplamaqdan ibarətdir”.

Qeyd edək ki, “Sabahın alimləri” XIII Respublika Müsabiqəsində Nigar Məmmədli fizika və astronomiya nominasiyası üzrə III yerin qalibi olub və diplomla təltif edilib.




Günay Şahmar, Leyla Qəhrəmanova, Bizim.Media

Seçilən
7
Mənbələr
Şərh ()
Bağla