AZ

"Bu bəyanat anti-Azərbaycan qüvvələrinin ölkəmizə olan hikkəsidir" - ŞƏRH

"Bu bəyanat anti-Azərbaycan qüvvələrinin ölkəmizə olan hikkəsidir" - ŞƏRH

Məlumdur ki, Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnamədə qeyd olunur ki, Avropa Komissiyasının Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığın dayandırılması məsələsinə baxması istənilir. O cümlədən qətnamadə Azərbaycana qarşı bir sıra sanksiyaların tətbiq edilməsi təklif olunur.

Mövzu ilə bağlı Sonxeber.az-a danışan Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildriib ki, bu Avropa Parlamentinin Azərbaycana qarşı ilk addımı deyil. Əvvəllərdə Avropa parlamenti Azərbaycana qarşı qərəzli çıxışlar edib və bəyanatlar qəbul edib:

"Azərbaycan Avropa İttifaqına üzv olan ayrı-ayrı ölkələr ilə enerji daşıyıcıları sahəsində əlaqələri davam etdirir. Bu bəyanat Avropa Parlamentindəki anti-Azərbaycan və anti-Türkiyə qüvvələrinin ölkəmizə olan hikkəsidir. Onlar Azərbaycan torpaqlarının Ermənistan işğalından azad edilməsini həzm edə bilmirlər. Ona görə müxtəlif tədbirlər və beynəlxalq təşkilatlarda Azərbaycana qarşı bu tip addımlar atırlar. Bir müddət əvvəl Fransa Emmanuel Makron Azərbaycan təbliğatının imtina edilməsi ilə bağlı çağırış etmişdir. Görünür Avropa İttifaqının patronlarından biri olan Fransanın bu çağırışı Avropa Parlamentinin deputatları tərəfindən müəyyən hissəsi tərəfindən qəbul olunub. Odur ki, Azərbaycan üçün əsas Avropa Parlamentinin fikri deyil. Daha çox Avropanın ayrı-ayrı ölkələrin ilə strateji tərəfdaşlıq, o cümlədən enerji daşıyıcıları sahəsində əlaqələrinin genişləndirilməsi vacibdir. Azərbaycan bu istiqamətdə fəaliyyətini davam etdirir. Bundan başqa Avropa Parlamentinin deputatları hələ də Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinin təminatında oynadığı rolu dəyərləndirən bilmirlər. Onlar yalnız Ermənistanın və Fransanın hakim elitasının anti-Türkiyə və anti-Azərbaycan mövqeyindən yanaşırlar".

Bütün bunlar onu sübut edir ki, Avropa Parlamentinin son addımlarının əsl səbəbi insan hüquqları deyil, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilməməsidir.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla