AZ

Belarus onlara hərbi yardım göstərəcək - HƏRBİ DOKTRİNA

Belarusun yeni hərbi doktrinasına görə, müttəfiqlərinə hücum olacağı təqdirdə onlara hərbi yardım göstərəcək.

Herbiand.az xəbər verir ki, sənəd Belarusun hüquqi internet portalında dərc olunub.

Qeyd olunur ki, respublika ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələr əsasında dost dövlətlərə kömək etməyə hazırdır. Söhbət, digər məsələlərlə yanaşı, sülh və təhlükəsizliyi qorumaq üçün hərbi kontingentin göndərilməsindən gedir.

Bundan əlavə, Minsk İttifaq dövlətlərindən hər hansı birinə qarşı güc tətbiqini bütövlükdə ittifaqa qəsd kimi qiymətləndirir və cavab tədbirləri görəcək. Belarus KTMT ölkələrinə qarşı təcavüz halında analoji tədbirlər görmək niyyətindədir.

Herbiand.az

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla