AZ

Slot təsdiqlədi – “Liverpul”a getmək istəyir

“Liverpul”un baş məşqçisi postuna əsas namizədlərdən biri olan Arne Slot İngiltərə klubu ilə danışıqlar apardığını təsdiqləyib. Hazırda “Feyenoord”a rəhbərlik edən mütəxəssis Mersisayd təmsilçisinə getməyin əleyhinə deyil.

Futbolinfo.az xəbər verir ki, 45 yaşlı mütəxəssis ESPN-ə danışıb: “Liverpul”un məşqçisi olmaq istərdim, qərarım aydındır. “Feyenoord” və “Liverpul” danışıqlar aparırlar, mən isə bundan nə çıxacağını gözləyirəm. Mən əminəm, klubların razılığa gəlməsini gözləyirəm”.

Xatırladaq ki, bir müddət öncə “Liverpul”un indiki baş məşqçisi Yürgen Klopp cari mövsümün sonunda “qırmızılar”ı tərk edəcəyini açıqlayıb.

Seçilən
52
2
Mənbələr
Şərh ()
Bağla