AZ

"Özünə hörmət edən bunu eləməz" -Bu restoranları CƏRİMƏ GÖZLƏYİR - VİDEO

"Özünə hörmət edən bunu eləməz" -Bu restoranları CƏRİMƏ GÖZLƏYİR - VİDEO

Bakıdakı şadlıq saraylarında menyu qiymətləri 30-450 manat arasındadır. Menyu qiymətləri hər şadlıq sarayında təklif olunan xidmətlər və yeməklərin sayına görə dəyişir. Qiymətin aşağı olması keyfiyyətə öz təsirini göstərir. Bəzən şadlıq sarayında toya qatılanlar süfrəyə plov gətirilənədək təcili yardım ilə xəstəxanaya aparılır. Yəni köhnəlmiş xörəklər ilə toy aparana toy tuturlar.

Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı "Apa TV" araşdırma aparıb.

" Şəxsən bu kimi hallar ilə özüm üzləşmişəm. Şadlıq sarayına böyüklə bərabər uşaqda gedir. Əlbəttə ki belə hallar düzgün deyil. Xəstəlik yaxud zəhərlənmə kimi hallar baş verə bilər. Bunlara ciddi nəzarət olunmalıdır. Özünə hörmət qoyan restoran köhnə yemək verməz".

Bəzi şadlıq saraylarında əvvəlki toydan salam yeməkləri süfrəyə qoyurlar. Yüksək risk qrupuna aid olan bu qidaların tərkibində bakteriyalar sürətlə çoxalır. Buna görə də insanların sağlamlığında ciddi problemlər yaranır. Xüsusilə həzm sistemi ziyan görür.

Ətraflı Apa TV-nin süjetində:

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla