AZ

Bakıda ən baha və ən ucuz torpaqlar olan - ƏRAZİLƏR AÇIQLANDI – HESABAT

Son illər Bakıda torpaq sahələri syrətlə bahalaşır, nəticədə paytaxtın rayonları üzrə torpaq sahəsinin orta qiymət göstəriciləri bir birindən kəskin şəkildə fərqlənir.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Beynəlxalq Bankı – ABB-nin «Bakı şəhəri üzrə daşımaz əmlak bazarının təhlili» üzrə hesabatına istinadən xəbər verir ki, son 3 ildə torpaq sahəsinin orta qiymətində şəhər üzrə 50%-ə yaxın artımlar müşahidə edilib.
Belə ki, Bakıda 1 sot üçün orta qiymət 2021-ci ilin əvvəlində təqribən 21 min manat olub, 2022-ci ilin əvvəlində bu qiymət 18-19 min manata qədər azalıb, 2023-cü ilin sonunda isə 30 min manata çatıb. Başqa sözlə, son 2 ildə torpaqlar 50% bahalaşıb.  

Hesabatdan aydın olur ki, torpaq sahəsinin orta qiymətinə əsasən Bakının rayonları 2 qrupa bölünür – qiyməti 35 min manatdan artıq və az olan rayonlar.

Paytaxtın 6 rayonunda - Nəsimi, Nərimanov, Yasamal, Xətai, Nizami və Səbaildə torpaqların qiymət 35 min manatdan artıqdır. Qiymətin ən bahalı olduğu ərazi Nəsmi rayonudur. Burada 1 sot torpağı 235-240 mni manata tapmaq olar.
Qiymətə görə, sonrakı yerdə gələn Nərimanovda 1 sot torpaq 180 min manat, Yasamalda isə 160 min manatdır.  

Qeyd edək ki, əvvəlki dövrlə müqayisədə 2023-cü ildə ən kəskin qiymət artımı 43% olmaqla Nəsimi rayonundadır. Nərimanov rayonunda isə torpaq qiymətində 5% azalma qeydə alınmışdır. 

Bakı və Abşeron rayonunu əhatə edən hesabata əsasən, 1 sot torpaq sahəsinin orta qiymətinin 35 min manatdan aşağı  olduğu rayonlara əsasən şəhər kənarında olan rayonlar aiddir: Sabunçu, Binəqədi, Suraxanı, Xəzər, Qaradağ və Abşeron rayonları. 

Ən ucuz torpaq rayonlar Qarabağ və Abşerondur – burada 1 sot torpağın orta qiyməti 7-10 min manat arasındadır. 

Adı çəkilən rayonlar üzrə ən çox bahalaşma Sabunçu rayonunda qeydə alınmışdır – sotu 12 min manatdan 17 min manata, yəni 40%. Qaradağ rayonunda isə əksinə, torpaq qiymətində azalma baş verib. 

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla