AZ

Husilərdən təhdid: "Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”

Yəməndə İranın dəstəklədiyi husilərin lideri Əbdülməlik əl-Husinin İsrailin hücumları ilə bağlı çıxışı ərəb dünyasının aparıcı televiziya kanallarında, xüsusilə də Yəməndə yayımlanıb. 

News24.az xəbər verir ki, Husi bəyan edib ki, İsrailin müttəfiqləri ABŞ və Böyük Britaniya gəmilərinə hücumlarını davam etdirəcəklər.

“Yəmən Cəbhəsi”nin dəniz qüvvələrinin 202 gündə İsrail, ABŞ və İngiltərəyə aid 102 gəmini hədəf aldığını vurğulayan Husi, “Yəmən Cəbhəsinin dənizdəki hərbi əməliyyatları davam edir və Hind okeanındakı onların yeni sahələrində güclənməyə çalışırıq" dedi.

İsrailə bağlı gəmiləri hədəf alan əməliyyatların sürətinin iki gündə bir gəmiyə çatdığına diqqət çəkən Husi, ABŞ-ın Qırmızı dənizdə naviqasiyanı 80 faiz azaltdığını və bunun böyük bir zəfər olduğunu söyləyib.

Günel Məlikzadə


Seçilən
45
Mənbələr
Şərh ()
Bağla