AZ

Rusiyanın Primorsk diyarında atışma olub, yaralananlar var

Rusiyanın Primorsk diyarının Dalneqorsk şəhərində silahlı davada üç nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə diyarın prokurorluğu bildirib.

Qeyd olunub ki, üç nəfər güllə yarası ilə xəstəxanaya çatdırılıb:

“Dalneqorsk şəhər prokurorluğu silahlı münaqişə ilə bağlı aparılan istintaqın gedişi və nəticələrinə nəzarətə qoyub. İlkin olaraq müəyyən edilib ki, 2024-cü il aprelin 26-da günorta saatlarında Dalneqorsk şəhərində “Ximik” mədəniyyət mərkəzinin yaxınlığındakı ərazidə iki avtomobil dayanıb, sərnişinləri maşınlardan düşərək atəş açıb, bundan sonra qaçıblar. Hadisə nəticəsində 3 nəfər güllə yarası ilə Dalneqorsk şəhər xəstəxanasına çatdırılıb”.

Hüquq-mühafizə orqanları münaqişənin qalan iştirakçılarının yerini müəyyənləşdirir.

Seçilən
49
4
Mənbələr
Şərh ()
Bağla