AZ

Minsk NATO-ya qarşı

ÜmumBelarus Xalq Assambleyasında qəbul edilmiş Minskin yeni hərbi doktrinası NATO-nun genişlənməsinin qəbuledilməzliyini bəyan edir .

Publika.az xəbər verir ki, sənəd milli hüquqi internet portalında dərc olunub.

“Belarus Respublikası NATO-nun davam edən genişlənməsini və bu hərbi-siyasi bloka üzv olan və ya qoşulmaq istəyən dövlətlərin hərbiləşdirilməsini qəbul etmir, bunları hərbi münaqişələrin ehtimalını artıran təhlükəli proseslər kimi qiymətləndirir”, - doktrinada deyilir.

Eyni zamanda qeyd edilir ki, Minsk NATO ölkələri ilə praqmatik münasibətlərin və normal əməkdaşlığın bərpasının tərəfdarıdır.

Seçilən
14
2
Mənbələr
Şərh ()
Bağla