AZ

Gəncədəki dəhşətli qətllə bağlı məhkəmə qərarı açıqlandı

Gəncə Apellyasiya Məhkəməsində 2008-ci ildə Gəncə şəhər sakini, 1940-cı il təvəllüdlü Nadejda Dmitriyevna Nəzərlini qətlə yetirməkdə ittiham olunan Seymur Salayev və Şəhriyat Qirinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin ediıməyib.

 

Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 13 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Nadejda Dmitriyevna Nəzərli  Azərbaycanda Rus İcmasının qərb bölgəsi üzrə nümayəndəliyinin sədr müavini olub. Şəhriyat Qirin isə onun köməkçisi kimi fəaliyyət göstərib.

 

Cinayət hadisəsinə gəlincə, adıçəkilən şəxslər Nadejda Nəzərlinin evinə daxil olub külli miqdarda pul və qızıl-zinət əşyalarını talamaqla bağlı razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşiblər. Onlar 13 may 2008-ci il tarixdə qadının yaşadığı evin qarşısına gəlib mərhumu aldadaraq evinə daxil olub, qarşılıqlı söhbət edən zamanı planlaşdırdıqları özgənin əmlakını talama cinayətinin törədilməsini yüngülləşdirmək məqsədilə Şəhriyat Qirin iki əli ilə Nadejda Nəzərlinin ağzından tutub özünə doğru çəkmiş, Seymur Salayev isə üzərində olan bıçaqla onun boğaz nahiyəsinə çoxsaylı xəsarətlər yetirməklə qəsdən öldürüb.


Qadını öldürdükdən sonra, cinayətkarlar evdə axtardıqlarını tapa bilməyiblər.

 

Maraqlıdır ki, Şəhriyat Qirin heç kimdə şübhə yaratmamaq üçün keşişin köməkçisi kimi o, da Nəzərli Nadejdanın dəfnində iştirak edib, dualar oxuyub.

 

Xatırlatma: Cinayət hadisəsinin üstü Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində 2021-ci ilin avqustunda açılıb.

 

Kamal Məmmədov

Tarix: 26 Aprel 2024, 08:31   
Seçilən
14
Mənbələr
Şərh ()
Bağla