AZ

Aqressiv pandalar zooparkın işçisinə hücum etdi

Çində Çongqinq Zooparkında pandalar baxıcıya hücum edib. Heyvanlardan biri qızın topuğundan dişləyib, ikincisi isə onu yerə yıxıb.

KONKRET.az xəbər verir ki, ziyarətçilərdən biri hücumu videoya çəkə bilib. Kadrlarda iki pandanın həyətdən qaçaraq qapıçıya doğru getdiyi görünür.

“Bir panda qızı yıxdı, ikincisi isə topuğundan dişlədi. Xoşbəxtlikdən baxıcı heyvanların pəncəsindən xilas ola bildi. Nəticədə qız yüngül bədən xəsarətləri alıb”, –  deyə Daily Star yazıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Seçilən
35
1
Mənbələr
Şərh ()
Bağla