AZ

Şükürlər olsun ki, uzun illərin həsrəti sona çatdı - Füzuliyə qayıdan sakin

Bakı. Trend:

Füzulidən çıxanda 32 yaşım var idi, 64 yaşında doğma torpağımaqayıdıram.

Bunu Trend-əFüzuliyə qayıdan sakin Mehdiyeva Solmaz deyib.

O qeyd edib ki, doğma torpağına qayıtmaq üçün uzun illərhəsrətlə gözləyib. “Mənim üçün çox gözəl bir gündür. Bizim üçüngözəl evlər tikiblər, hər cür şərait yaradıblar. Şükürlər olsun ki,uzun illərin həsrəti sona çatdı. Bu günü yaşadığım üçün cənabPrezident İlham Əliyevə və ordumuza minnətdaram”, - deyə o əlavəedib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq,bu gün Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pionerdüşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqətiməskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 26-daBakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzulişəhərinə daha 39 ailə - 140 nəfər köçürülüb.

Seçilən
58
2
Mənbələr
Şərh ()
Bağla