AZ

Süni intellektin təsiri ölkələr daxilində də qeyri-bərabər olacaq - BVF

Vaşınqton. Trend:

Süni intellektin (AI) təsiri, böyük ehtimalla, qeyri-bərabər vəölkələr daxilində olacaq.

Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) TədqiqatlarDepartamentinin rəis müavini Covanni Melina aprelin 15-dən 20-dəkVaşinqtonda keçirilən BVF-nin Yaz İclasları çərçivəsində Trend-ə özəl müsahibəsindədeyib.

O qeyd edib ki, dünya üzrə iş yerlərinin təxminən 40 faizi süniintellektdən istifadə ilə bağlıdır və bu, həm imkanlar, həm dərisklər gətirir:

"Əslində, bu sahədə inkişaf etmiş və inkişaf etməkdə olanölkələr arasında böyük fərq var, çünki inkişaf etmişiqtisadiyyatlarda risk səviyyəsi təxminən 60 faiz olduğu halda,inkişaf etməkdə olan bazar ölkələrində 40 faizə enir. Və bu odeməkdir ki, bir tərəfdən qabaqcıl iqtisadiyyatlar süni intellektləbağlı dərhal risklərlə üzləşirlər, lakin eyni zamanda, süniintellektin faydalarından yararlanmağa daha yaxşı hazırdırlar.İnkişaf etməkdə olan iqtisadiyyatlar eyni ani risklərləqarşılaşmaya bilər, lakin süni intellektin faydalarını əldə etməkdədaha çətin ola bilər".

O, BVF-nin süni intellektin faydalarından istifadə etmək üçünüzv ölkələrlə fəal iş apardığını, eyni zamanda onun iqtisadisabitliyə və inklüzivliyə potensial risklərini iki əsas yollaazaltdığını vurğuladı:

"Birincisi təhlildir və son hesabatımız götürdüyümüz təhlilinbir nümunəsidir. Biz həmçinin bu təhlildən ölkə üzrə tövsiyələrvermək üçün istifadə edirik. Bir çox üzv ölkələrin səlahiyyətlinümayəndələrini çağırmaq və bu məsələnin müzakirəsinə şəraityaratmaq da BVF-nin çox mühüm funksiyasıdır. Məsələn, İdarəediciDirektorumuzun qlobal debatı keçirildi və debatın əsas mövzusu süniintellektlə bağlı idi və bu debatda həm ölkə rəsmiləri, həm dəalimlər süni intellekt məsələlərini müzakirə etmək üçün dəvətolunublar".

O qeyd edib ki, BVF öz təhlili çərçivəsində süni intellektintətbiqinə ölkələrin nə dərəcədə hazır olduğunu qiymətləndirən süniintellektə hazırlıq indeksini hazırlayıb.

"Bu indeksin rəqəmsal infrastrukturu və iqtisadiyyatda, əməkbazarında süni intellektdən istifadə etmək üçün müvafiqbacarıqların mövcudluğunu, xaricdən innovasiya və ya yenitexnologiyaların mənimsənilməsi qabiliyyətini, habelə tənzimləyicibazanı nəzərə alan bir neçə ölçüləri var. Məsələn, texnologiyadanistifadə üçün, eyni zamanda vətəndaşlar üçün təhlükəsiz və etikqaydada istifadə olunan idarəetmə strukturu varmı? Və bu indeksənəzər saldıqda görürük ki, ümumilikdə inkişaf etmiş ölkələr əsasinfrastruktura, rəqəmsal infrastrukturun mövcudluğuna, insankapitalına gəldikdə çox yüksək qiymətləndirilir, halbuki bir çoxinkişaf etməkdə olan ölkələr hələ də bu göstəricidən geriqalırlar", - deyə o bildirib.

O qeyd edib ki, bu, həm də siyasət prioritetləri ilə bağlı bəzitəkliflər irəli sürmək imkanı verir:

"Qabaqcıl iqtisadiyyatlarda diqqət süni intellektin təhlükəsizqəbulunu asanlaşdırmaq və düzgün sosial təhlükəsizlik şəbəkələrininqurulmasını asanlaşdırmaq üçün tənzimləyici bazalarıntəkmilləşdirilməsinə yönəldilməlidir, inkişaf etməkdə olanölkələrdə isə rəqəmsal infrastrukturun və texnologiyadan istifadəetmək üçün tələb olunan rəqəmsal bacarıqların qurulmasınainvestisiya qoyulmalıdır. Bu, məsələn, inkişaf etməkdə olanölkələrdə tənzimləmələrin vacib olmadığı anlamına gəlmir. Bu hələdə çox vacibdir. Lakin, məsələn, İnternetə çıxış və yaiqtisadiyyatda kifayət qədər sayda kompüter olmadan yaxşıtənzimləyici bazanın olması texnologiyanın tətbiqiniasanlaşdırmayacaq".

O əlavə edib ki, BVF-nin mandatı ilk növbədə iqtisadi və maliyyərisklərinə və imkanlarına diqqət yetirməkdir:

"Aydındır ki, bu yeni texnologiya bütün dünyada məhsuldarlığı vəgəlirləri artırmaq üçün böyük potensial təklif edir, lakin eynizamanda bərabərlik, məşğulluq və maliyyə sabitliyi üçün riskləryaradır. Bütün bunlar BVF-nin diqqət mərkəzində olduğu mərkəzisiyasət məsələləridir. Bu risklərə gəldikdə, BVF-nin rolu təhliletmək və onların azaldılmasına dair xüsusi tövsiyələrverməkdir".

O hesab edir ki, diqqət siyasəti mümkün qədər əhatəli etməyəyönəldilməlidir:

"Məsələn, sosial müdafiə sisteminin gücləndirilməsi.Hesabatımızda biz süni intellektin təsirinin, hətta ölkələrdaxilində, böyük ehtimalla, qeyri-bərabər olacağını görürük. Bizdədaha gənc, daha savadlı işçilərimiz var ki, onların süniintellektin insan əməyini tamamladığı işlərə keçmək ehtimalı dahayüksəkdir. Ancaq yaşlı işçilər üçün bu daha çətindir. Beləliklə,həm bu keçidi dəstəkləyən əmək bazarı siyasətləri, həm də butexnoloji dəyişikliklərə uyğunlaşmaqda çətinlik çəkən insanlarınqayğısına qalacaq sosial təhlükəsizlik sistemi olmalıdır.

Süni intellektin makroiqtisadi baxımdan təsiri hazırda çoxqeyri-müəyyəndir. Çünki bir tərəfdən potensial olaraq böyükməhsuldarlıq gəlirləri var, lakin hazırda mövcud olan tədqiqatlarməhsuldarlığa təsirin proqnozlaşdırılmasında çox qarışıqdır. Eynizamanda nəzərə alınmalı olan risklər də var. Buna görə də bizimrolumuz ölkələri bu risklərdən qoruya və potensial faydalarımaksimuma çatdıra biləcək siyasətlər üzrə məsləhətlərverməkdir".

X: @Lyaman_Zeyn

Seçilən
52
50
Mənbələr
Şərh ()
Bağla